525.Az

Azərbaycan Müəllimlər İnstitutuna aid saxta diplom aşkarlandı


 

Azərbaycan Müəllimlər İnstitutuna aid saxta diplom aşkarlandı<b style="color:red"></b>

Azərbaycanda vətəndaşa saxta diplom verilməsi faktı aşkarlanıb. 

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumata görə, Kəlbəcər rayon sakini, 48 yaşlı Rasim Abbasov ali təhsil haqqında diplom alacağına kömək edəcəyi adı ilə Nərimanov rayon Keşlə qəsəbəsində yaşayan Yevlax rayon sakini İlqar Süleymanovdan 1600 manat alıb, onun qızı Gülnarın adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına məxsus saxta diplom verib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 





13.08.2013    çap et  çap et