525.Az

Sumqayıt Poeziya evində Vahid Əzizlə görüş


 

Sumqayıt Poeziya evində Vahid Əzizlə görüş <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib.

AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri giriş sözü ilə açaraq Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verib.

Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Varis Yolçuyev, Nazir Rüstəm, Namiq Məna, İbrahim İlyaslı, bədii-qiraətçi Məleykə Alıqızı, Aynur Qafarlı, jurnalist Xatirə Əziz Rəhimli, gənc yazar Səidə Qasımzadə çıxışlar edərək şairin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söyləyiblər.

Habelə, AYB Sumqayıt bölməsi və Səməd Vurğun adına Mərkəzi Kitabxananın birgə layihəsi olan Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərindən İlahə Bağıyeva, Xoşqədəm Bağıyeva və Ayan Ağayevanın ifasında səslənən şeirlər, Corat Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü İbrahim Fərzəliyevin oxuduğu mahnılar məclisə başqa bir ovqat bəxş edib.

Sonda Vahid Əziz oxucuların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb, yeni şeirlərini oxuyub, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

ŞAHANƏ

 





10.10.2018    çap et  çap et