525.Az

“Günahsız günahkarlar” tamaşası AzMİU-da nümayiş olundu


 

“Günahsız günahkarlar” tamaşası AzMİU-da nümayiş olundu<b style="color:red"></b> Oktyabrın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Uşaq Teatrı tərəfindən insan alverinə qarşı mübarizə məqsədi ilə hazırlanmış “Günahsız günahkarlar” adlı tamaşa nümayiş olunub.

Tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb və maarifləndirici xarakter daşıyır.

Tamaşadan öncə çıxış edən AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov qeyd edib ki, tamaşanın mövzusu müasir dövrümüz üçün çox aktualdır.

Hazırda dünyanın bütün ölkələri insan alveri, silah alveri, narkomaniya, məcburi əməyə cəlb edilmə və digər ağır cinayətlərlə qarşılaşıblar.

“Bu tamaşa müasir dövrümüzün qlobal problemlərindən biri olan insan alverinə qarşı mübarizənin aparılmasına həsr olunub. İnsan alveri ilə mübarizədə gənclərin, uşaqların maarifləndirilməsi vacibdir. Ona görə belə tamaşaların hazırlanması, təhsil müəssisələrində nümayiş olunması təqdirəlayiq haldır”.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan da öz növbəsində universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, inşan alverinin daha çox gənclər üzərində cərəyan etdiyini, bu məqsədlə maarifləndirmə işinin daha çox bu yaş quruplarında olan şəxslər arasında aparılmasının əhəmiyyətini vurğulayıb.

Müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədi daşıyan tamaşa tələbələr tərəfindən böyük marağa səbəb olub. Tələbələr Bakı Uşaq Teatrının gənc və istedadlı aktyorlarının ifasını çox bəyəniblər. Məlumat üçün qeyd edək ki, tamaşanın ssenari müəllifi Arzu Soltandır.

 





10.10.2018    çap et  çap et