525.Az

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək


 

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək<b style="color:red"></b>

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

 





10.10.2018    çap et  çap et