525.Az

Rusiyalı hərbçilər üçün ekzoskelet yaradıldı


 

Rusiyalı hərbçilər üçün ekzoskelet yaradıldı<b style="color:red"></b>

Rusiya hərbçiləri üçün passiv ekzoskelet yaradılıb.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə Dəqiq Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin baş direktoru Albert Bakov deyib.

O bildirib ki, ekzoskeletlər hazırda Müdafiə Nazirliyində aprobasiya prosesindən keçir:

"Hazırda aktiv ekzoskeletin yaradılması üzrə iş aparılır. Lakin bu, gələcək nəsil təchizata daxil ediləcək".

Qeyd edək ki, ekzoskelet xarici karkasın köməyi ilə insanın ümumi gücünün artırılmasına səbəb olan cihazdır. Bu mexanizm hərəkətlər zamanı sərf olunan gücün artırılması ilə insanın biomexanikasını təkrar edir.

 





10.10.2018    çap et  çap et