525.Az

AFFA klubları cəzalandırdı


 

AFFA klubları cəzalandırdı<b style="color:red"></b>

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatıa görə, iclasda Topaz Premyer Liqasının ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

Topaz Premyer Liqasının II turunun “Rəvan” – “Neftçi” matçının 78-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Miloş Adamoviç əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının II turunun AZAL – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Devidas Çesnauskis idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının II turunun “Qarabağ” – “Sumqayıt” matçının 32-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 82-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 





13.08.2013    çap et  çap et