525.Az

Məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər evə buraxıldılar


 

Məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər evə buraxıldılar<b style="color:red"></b>

Oktyabrın 1-da Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 76 nömrəli tam orta məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər həmin gün xəstəxanadan evə buraxılıblar.

Məktəbdən Trend-ə verilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib:

"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".

Qeyd edək ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə 8 şagird qazdan zəhərlənib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.

 





11.10.2018    çap et  çap et