525.Az

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur


 

TƏDBİRDƏ "QARA QARAYEV. HƏYAT VƏ YARADICILIĞI HAQQINDA QISA OÇERK" KİTABI TƏQDİM EDİLİB

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur<b style="color:red"></b>

Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan ekspozisiyasının açılışı olub.

Sərgi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir və Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr etdiyi "Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk" kitabının təqdimat mərasimi keçirilib.

Üç dildə nəşr edilən bu kitab dahi bəstəkarın həyat və yaradıcılığı, eləcə də onun dünyaca məşhur əsərləri haqqında materialı əks etdirir.

Tədbiri Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev açıb, Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında məlumat verib.

Daha sonra Azərbaycanın Almaniyadakı səfiri cənab Ramin Həsənov, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm nazirinin müavini Haluk Dursun çıxış edibər.

Çıxışından sonra Haluk Dursun Mövlana haqqında kitabı Vaqif Əliyevə hədiyyə verib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Milli Kitabxana tərəfindən nəşr olunan "Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk" kitabını və Kitabxananın hazırladığı dahi bəstəkarın bütün əsərlərindən ibarət beş diski tədbir iştirakçılarına hədiyyə edib.

Almaniyadakı Diaspora təşkilatının sədri Samirə Patzer-İsmayılova çıxışında Qara Qarayevin not əsərlərindən ibarət olan toplunu iştirakçılara təqdim edib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müzakirə keçirilib. Almaniyada yaşayan, Alman-Azərbaycan ədəbiyyatını geniş təbliğ edən naşirlər, yazıçılar və ədəbiyyatşünas alimlər özlərinin hazırladığı Alman dilində olan Azərbaycan müntəxəbatı antologiyasını tədbir iştirakçılarına təqdim ediblər.

Şahanə MÜŞFİQ

 





11.10.2018    çap et  çap et