525.Az

"Qəm sahili"nin təqdimatı keçirildi


 

"Qəm sahili"nin təqdimatı keçirildi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsi bu həftə şeir məclisini çağdaş əruz poeziyasının görkəmli nümayəndələrindən biri, Türkan kəndinin yetirməsi, AYB-nin üzvü Vidadi Arifin "Qəm sahili" kitabının təqdimatına həsr edib.

Mərasimi giriş sözü ilə AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı açıb. Xəzər bölməsinin məqsəd-məramından söz salan A.Buzovnalı belə tədbirlərin silsilə olaraq keçirildiyini və bölmənin bir çox şairlərin kitabını çap etdirməyi qarşısına məqsəd qoyduğunu bildirib. Bakı ədəbi-mühitinin zənginliyindan danışan sədr, belə kitablardan birinin də "Qəm sahili" əsəri olduğunu söyləyib. Sədr, şairin həyat və yaradıcılığına nəzər salıb, qeyd edib ki, hər bir şairin kitabı olmalıdır. Kitab şairin pasportudur. Ona görə də Xəzər bölməsi bu missiyanı üzərinə götürüb, çalışır ki, hər şairin bacardığı qədər yaradıcılığına işıq salsın, kitablarını çap etdirsin.

Tədbiri müasir dövrdə əruzun təlim və təbliğində xüsusi rol oynayan AYB Xəzər bölməsinin üzvləri davam etdirib. Səbəbkarın yaratdığı Türkan ədəbi məclisinin bu gün poeziya klubunun yaranmasına səbəb olan bir neçə regional məclisdən biri olduğunu vurğulayıblar.

Daha sonra qonaqların təbrikləri ilə yanaşı, kitabda yer alan qəzəl, qəsidələrdən bir neçəsi səsləndirilib.

ŞAHANƏ

 





11.10.2018    çap et  çap et