525.Az

Komitə şagirdin özünü 3-cü mərtəbədən atmaq istəməsi ilə bağlı araşdırma aparacaq


 

Komitə şagirdin özünü 3-cü mərtəbədən atmaq istəməsi ilə bağlı araşdırma aparacaq<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atması ilə bağlı araşdırma aparacaq.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: "Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq".

Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.

 





11.10.2018    çap et  çap et