525.Az

Çin: "ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla iqtisadi münasibətlər inkişaf edir"


 

Çin: "ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla iqtisadi münasibətlər inkişaf edir"<b style="color:red"></b>

ABŞ-ın İran və Çinə embarqo tətbiq etmək haqda bütün xəbərdarlıqlarına rəğmən, iki ölkənin iqtisadi münasibətləri inkişaf etməkdədir.

Trend-in məlumatına görə, bunu Çinin Gömrük İdarəsinin sözçüsü və statistika analizi üzrə direktoru Li Kuy Ven deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsinin artması iki ölkə arasında əməkdaşlığın inkişafından xəbər verir. Çin İranın ilk və ən böyük neft alıcısı, eyni zamanda ən böyük qeyri-neft ixracatçısı sayılır. Bu tendensiya 2018-ci ildə də saxlanılıb.

Çinin Gömrük İdarəsinin sözçüsü ABŞ-ın İran əleyhinə sanksiyalarına da münasibət bildirib.

Çin rəsmisi qeyd edib ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasının iki ölkənin iqtisadi münasibətlərinə təsiri yoxdur.

 





14.10.2018    çap et  çap et