525.Az

Tramp müdafiə nazirinin mümkün istefasından danışdı


 

Tramp müdafiə nazirinin mümkün istefasından danışdı <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı CBS telekanalının efirində söhbət açıb.

Ağ Ev rəhbəri Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib. O, əlavə edib ki, hamı bir dəfə vəzifədən istefaya gedir.

Qeyd edək ki, Mettis sentyabrda KİV-də istefaya gedəcəyi barədə xəbərlərə yumorla yanaşmağa çağırıb.

 





14.10.2018    çap et  çap et