525.Az

Rumıniya baş naziri Türkiyəyə gəlir


 

Rumıniya baş naziri Türkiyəyə gəlir <b style="color:red"></b>

Rumıniyanın baş naziri Viorika Dençile bu gün Türkiyəyə rəsmi səfərə gələcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Viorika Dençile səfər zamanı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdə mövcud məsələlər müzakirə olunacaq.

Qeyd edilir ki, səfər Türkiyə ilə Rumıniya arasında strateji tərəfdaşlığın daha da inkişafına kömək edəcək.

 





15.10.2018    çap et  çap et