525.Az

Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir


 

Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika səfiri Rodrigo Labardini və müavini Alberto Aura Qonzales ilə görüşüb.

525.az-ın məlumatına görə, görüşün əsas məqsədi BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək olub.

Rektor qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən E.Qasımov qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar.

BANM-da tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.

Səfir yenidən BANM-da görüşə və qonaqpərvərliyə görə rektora təşəkkür edib. O bildirib ki, BANM-ın nailiyyətləri və məzunları onların diqqət mərkəzindədir. Bu səbəbdən səfir Meksikada böyük ictimai araşdırma mərkəzi və neft-qaz sektorunun ən böyük xidmət provayderi olan Meksika Neft İnstitutunun BANM ilə əməkdaşlıqda maraqlı olduğunun bildirib.

Görüşdə, həmçinin, Meksika Neft İnstitutu ilə BANM arasında tələbə mübadiləsinin detalları müzakirə edilib.

Tərəflər arasında qarşılıqlı əməkdaşlıq həmçinin Meksika Neft Universitetinin zəngin digital kitabxanasından istifadə üçün BANM-ın tələbələrinə imkan yaradacaq

 





15.10.2018    çap et  çap et