525.Az

Xalq artistinin evini taladIlar


 

Xalq artistinin evini taladIlar<b style="color:red"></b> Azərbaycanın Xalq artisti Arif Babayevin evindən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, gecə saatlarında A.Babayevin Qax rayonunun Qaxbaş kəndində yerləşən bağ evində girən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd televizor və dvd-ni aparıblar.
 
Hadisə ilə bağlı polisə ilk məlumatı Xalq artistinin qonşusu Məmmədov Cavad Camal oğlu verib. Lent.az-ın əldə etdiyi məlumata görə, C.Məmmədov Xalq artistinin qonşusudur və evinə nəzarət etməyi ona tapşırıbmış.
 
Qax rayon polis Şöbəsindən faktı Lent.az-a təsdiqləyiblər.
 
Qeyd edək ki, Arif Babayevin bağ evi Ağçay çayının yaxınlığındakı yeni yaşayış massivində yerləşir.
 





14.08.2013    çap et  çap et