525.Az

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb


 

QEYRİ-BÜDCƏ SEKTORUNA AİD DAXİLOLMALARDA ARTIM 9 FAİZƏ YAXIN OLUB

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində artım tempi davam edir.

Nazirlikdən verilən məlumata görə, 2018-ci ilin 9 ayında fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2938.01 milyon manata çatıb.

Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9 faizə yaxın (87,81 milyon manat) artım qeydə alınıb.

Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3 faiz yerinə yetirilib.

CEYHUN

 





16.10.2018    çap et  çap et