525.Az

"YARAT"da əlliliyi olan insanların iştirakı ilə tamaşa


 

"YARAT"da əlliliyi olan insanların iştirakı ilə tamaşa <b style="color:red"></b>

"British Council Azerbaijan" təşkilatı, "YARAT" Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Unlimited" proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanları "YARAT"da bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, təlimlər teatr dizayneri və mühazirəçi Karin Çapman Klark tərəfindən aparılıb. Layihənin əsas məqsədi fərqli teatr texnikaları, nəqletmə və improvizasiya formalarından istifadə edərək əlilliyi olan və əlilliyi olmayan ifaçılara səslərini eşitdirmək və özlərini göstərmə imkanı verməkdən ibarətdir.

Təlimlər oktyabrın 8-dən 10-dək və 11-dən 15-dək olmaqla iki mərhələdə gerçəkləşib. Təlim zamanı iştirakçılar nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirərək müxtəlif nöqteyi-nəzərlərin fərqli üslublarda təqdim edilməsinin problemlərin müsbət həllinə yardımçı ola biləcəyini öyrəniblər. Bundan əlavə, iştirakçılar qısa forum-teatr tamaşasını hazırlamağın və ictimai forum sessiyasını təşkil etməyin qaydası ilə tanış olublar.

"British Council Azerbaijan" üç günlük təlimlə yanaşı, əlilliyi olan və əlilliyi olmayan aktyorlar üçün beş günlük təlim də təşkil edib. Beş günlük təlim seminarları isə müxtəlif sosial məsələlərlə əlaqədar problemləri aradan qaldırmaq üçün interaktiv teatr texnikalarından istifadə etməyin qaydasını öyrənmək istəyən peşəkar və qeyri-peşəkar aktyorlar üçün nəzərdə tutulub. Bu təlimdə iştirakçılar nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirib və müxtəlif nöqteyi-nəzərlərin fərqli üslublarda təqdim edilməsinin problemlərin müsbət həllinə yardımçı ola biləcəyini öyrəniblər.

"British Coincil Azerbaijan" təşkilatı "Unlimited" proqramı çərçivəsində Azərbaycanda əlilliyi olan insanların iştirak etdiyi incəsənət layihələrini dəstəkləməyə davam edir. "Unlimited: Lazımi tədbirlərin görülməsi" proqramı incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqramdır və kimliyindən, ya da fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır.

 





16.10.2018    çap et  çap et