525.Az

"Nəsillərə örnək ömür"


 

"Nəsillərə örnək ömür" <b style="color:red"></b>

"Loqos"un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin təşkil etdiyi tanınmış ictimai xadim və pedaqoq, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, psixologiya elmlər doktoru İsa Əli oğlu Məmmədovun xatirəsinə həsr edilmiş "Nəsillərə örnək ömür" adlı tədbir keçirilib.

Tədbirdə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, İsa Məmmədovun ailə üzvləri, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, dramaturq Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahım Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, 132-134 saylı məktəbin direktoru Sara Xanlarova,  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun kitabxana müdiri Güldanə Mehdiyeva, SOS Uşaq Kəndinin psixoloqu Əsli Zeynaladdinova,  "Psixoloq" qəzetinin baş redaktoru Tahir Heydərov, "Loqos"un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, məktəb direktorları, gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin rəhbəri Təranə Məmmədova qonaqları salamlayıb və tədbirin mahiyyəti haqqında məlumat verib.

Daha sonra tədbirin aparıcısı, "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva çıxış edərək İsa Məmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Sonra İsa Məmmədovun həyat yaradıcılığı və fəaliyyətinə həsr olunmuş video rolik nümayiş edilib.

Çıxış edənlər - Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hadi Rəcəbli, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov,  132-134 saylı məktəbin direktoru Sara Xanlarova,  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun kitabxana müdiri Güldanə Mehdiyeva,  SOS Uşaq Kəndinin psixoloqu Əsli Zeynaladdinova və "Psixoloq" qəzetinin baş redaktoru Tahir Heydərov İsa Məmmədovun həyat və fəaliyyəti haqqında danışaraq bildiriblər ki, Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş İsa Məmmədov bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib. İsa Məmmədov öhdəsinə düşən vəzifələri həmişə ləyaqətlə yerinə yetirmiş, ona göstərilən etimadı doğruldub. O, çalışdığı bütün sahələrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmiş, özünə və başqalarına böyük tələbkarlıqla yanaşıb. İsa Məmmədovun Azərbaycanda müəllimlərin ixtisasının artırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması sahəsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yenidən hazırlanması, ümumilikdə təhsildə islahatların həyata keçirilməsi üzrə nüfuzlu bir mərkəzə çevrilib.

Natiqlər bildiriblər ki, İsa Məmmədovun ölkədə praktik psixologiyanın inkişafı və məktəb psixoloqlarının hazırlanmasında misilsiz xidmətləri olub.

Tədbirə tələbələrin hazırladığı "Sirli ailə" nağılının nümayişi ilə yekun vurulub.

Sonda İsa Məmmədovun oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Əli Məmmədov ailələri adından çıxış edərək atasının xatirəsinə həsr edilmiş tədbirə  görə "Loqos"un  rəhbərliyinə təşəkkür edib, atası ilə bağlı xatirələrini bölüşüb.

Şahanə MÜŞFİQ

 





16.10.2018    çap et  çap et