525.Az

Vəzifəli şəxsin evinə silahlı basqın, həyat yoldaşı öldürülüb


 

Vəzifəli şəxsin evinə silahlı basqın, həyat yoldaşı öldürülüb<b style="color:red"></b> Bu gün Abşeron rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər Dadaşov Aqil İsaq oğluna məxsus olan və Hökməli qəsəbəsində yerləşən evə soxulublar. Onlar mənzildə olan ev sahibinin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Dadaşova Elmira Xəlil qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər.
 
Lent.az-ın məlumatına görə, qətlə yetirilmiş E.Dadaşovanın həyat yoldaşı Aqil Dadaşov Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavinidir. Vesti.az-ın məlumatına görə, hadisəni törətmiş şəxs və ya şəxslər mənzilə tamah məqsədi ilə daxil olublar və evdə kimsənin olmasını bilməyiblər.
Qeyd edək ki, A. Dadaşov jurnalistdir. Uzun illər “Bakı” – “Baku” qəzetlərində çalışıb, “Ülfət” qəzetinin baş redaktoru olub.
 





14.08.2013    çap et  çap et