525.Az

Şəhidlər Xiyabanı yaxınlığında Qarabağ əlili öldürüldü


 

Şəhidlər Xiyabanı yaxınlığında Qarabağ əlili öldürüldü<b style="color:red"></b> Bakı şəhərinin Səbail rayonunda törədilmiş dəhşətli qətlin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Badamdar qəsəbəsi ərazisində qətlə yetirilmiş 42 yaşlı Əşrəfov Natiq Babək oğlu Dağüstü parkda, Şəhidlər Xiyabanı yaxınlığındakı yay kafesinin mühafizəçisi olub.
 
Avqustun 14-nə keçən gecə, Kəlbəcər rayonundan məcburi köçkün və Qarabağ əlili olan N.Əşrəfov tanışı, 1988-ci il təvəllüdlü Əsgərov Babək Bayram oğlu ilə kafedə yeyib-içiblər. Hər iki şəxs bir qədər sərxoş olduqdan sonra mübahisə etməyə başlayıblar. Mübahisə getdikcə münaqişəyə çevrilib və B.Əsgərov bıçaqla Qarabağ əlilinin boğazını kəsib. N.Əşrəfov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
 





15.08.2013    çap et  çap et