525.Az

Bu il bərpa-müalicə müəssisələrində 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib


 

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARA 5870 REABİLİTASİYA VASİTƏSİ VERİLİB

Bu il bərpa-müalicə müəssisələrində 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirlikdən verilən məlumata görə, həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.

5870 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən, 800-ə yaxın əlil arabası verilib. Həmçinin, mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib.

CEYHUN

 





17.10.2018    çap et  çap et