525.Az

Aktaudan Bakıya gələn gəmidə heyət üzvlərindən 12-si zəhərləndi, 3-ü öldü


 

Aktaudan Bakıya gələn gəmidə heyət üzvlərindən 12-si zəhərləndi, 3-ü öldü<b style="color:red"></b>

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin 12 heyət üzvü zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun Trend-ə verdiyi məlumata görə, həmin şəxslərdən 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

 





19.10.2018    çap et  çap et