525.Az

Göyçay sahibkarları reklam yerləşdirilməsi qaydaları ilə tanış edildilər


 

Göyçay sahibkarları reklam yerləşdirilməsi qaydaları ilə tanış edildilər<b style="color:red"></b>

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Şamaxı Regional Reklam İdarəsinin rəhbərliyi Göyçayda rayon aktivləri ilə görüşüb.

ADRA-dan 525.az-a verilən məlumata görə, agentliyin gördüyü işlər və fəaliyyət istiqamətləri haqda məlumat verilib.

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların suallarını cavablandıran Şamaxı Regional Reklam İdarəsinin rəisi Haqverdi Hüseynov bildirib ki, təmsil etdiyi qurumun şəffaf fəaliyyəti reklam yayıcıları arasında azad rəqabəti daha da artırıb, bu sahədə fəaliyyət göstərən iş adamlarının işi xeyli asanlaşıb.

Qeyd olunub ki, artıq açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar Agentliyin rəsmi saytına (adra.gov.az) daxil olaraq, oradan qeydiyyat prossesi ilə yanaşı, dövlət rüsumları haqda da bütün məlumatları əldə edə, onlayn müraciət etməklə reklamlarını yayımlaya bilərlər. İş adamlarına ADRA-nın 1412 Çağri Mərkəzi haqda da məlumat verilib.

Bildirilib ki, mərkəz istənilən vətəndaşın suallarını cavablandırır, daxil olan şikayət və təklifləri dərhal araşdırıb, lazımi tədbirlər görür.

ADRA bu cür görüşlərin gələcəkdə digər regionlarda da keçirilməsini nəzərdə tutur.

 





19.10.2018    çap et  çap et