525.Az

İran sanksiya dövründə alternativ enerji istehsalının inkişafını nəzərdən keçirir


 

İran sanksiya dövründə alternativ enerji istehsalının inkişafını nəzərdən keçirir<b style="color:red"></b>

Alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı investorlar üçün imkan yaradılıb. Onlar müqavilələr imzalamaqla qonşu ölkələrə elektrik enerjisi ixrac edə bilərlər.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian bu gün İranın Alternativ və Bərpa Oluna Bilən Enerji Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

İranlı nazir bütün qonşu ölkələrə elektrik enerjisi ixracının mümkünlüyünü qeyd edib:

"Özəl sektorun bu sahəyə daxil olması ölkənin böyük ərazilərində əlavə iş yerlərinin yaranmasına kömək edəcək".

2 günlük konfransda sanksiya dövründə İranda alternativ və bərpa oluna bilən enerji istehsalının inkişafı zəruriliyi, ixrac imkanları müzakirə olunacaq.

 





24.10.2018    çap et  çap et