525.Az

Başqalarının evində yaşayan köçkünlər mənzillərlə təmin olunacaqlar


 

Başqalarının evində yaşayan köçkünlər mənzillərlə təmin olunacaqlar<b style="color:red"></b>

Digər vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək.

Trend-in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Digər prioritetlər isə Bakı və Sumqayıt şəhərlərində qəzalı obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi olacaq.

Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 





24.10.2018    çap et  çap et