525.Az

Türkiyə Superliqasında yeni mövsümə start verilir


 

Türkiyə Superliqasında yeni mövsümə start verilir<b style="color:red"></b>

Bu gün Türkiyə Superliqasında 2013/2014 mövsümünə start verilir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açılış matçında "Medikal Park Antalyaspor"la "Kayseri Erciyesspor" qarşı-qarşıya gələcək.

Sözügedən qarşılaşmanı türkiyəli FİFA referisi Cüneyt Çakır idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, birinci tura avqustun 19-da keçiriləcək "Qalatasaray" - "Qazientepspor" matçı ilə yekun vurulacaq.

 





16.08.2013    çap et  çap et