525.Az

Misirə turist səfərlərinin təşkili müvəqqəti dayandırıldı


 

Misirə turist səfərlərinin təşkili müvəqqəti dayandırıldı<b style="color:red"></b>

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının bu ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən Misirə turist səfərlərinin təşkilini tövsiyə etmir.

APA-nın xəbərinə görə, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb.
 
Misirdə vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.

 





16.08.2013    çap et  çap et