525.Az

Putin-Tramp görüşünün tarixi açıqlandı


 

Putin-Tramp görüşünün tarixi açıqlandı<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də Parisə səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu RF prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd olunur ki, danışıqların tarixi və yerini Rusiya prezidenti Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla görüş zamanı təsdiqləyib.

Yuri Uşakov bildirib: "Bu normal ikitərəfli görüş olacaq. Orada, əlbəttə, hər iki tərəfdən böyük bir heyətlər olmayacaq, ancaq əsas nümayəndələr".

 





24.10.2018    çap et  çap et