525.Az

Motoatıcı bölmələr təlim atış çalışmalarını icra etdilər


 

Motoatıcı bölmələr təlim atış çalışmalarını icra etdilər<b style="color:red"></b>

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçular avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.

 





24.10.2018    çap et  çap et