525.Az

Nazir şəhidlərin ailə üzvlərinə veriləcək ödənişlərdən danışdı


 

Nazir şəhidlərin ailə üzvlərinə veriləcək ödənişlərdən danışdı<b style="color:red"></b>

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:

"Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq".

 





25.10.2018    çap et  çap et