525.Az

İraqın yeni baş naziri rəsmi olaraq işinə başladı


 

İraqın yeni baş naziri rəsmi olaraq işinə başladı <b style="color:red"></b>

İraqda yeni hökumət üzvlərinin parlamentdə təsdiqlənməsi üzrə səsvermə keçirilib.

Trend-in məlumatına görə, parlament 22 nazirdən 14-nü təsdiq edib.

İclasda partiyalar arasında müəyyən mübahisələr də yaranıb. Nəticədə 8 nazirin səsverməsi təxirə salınıb. Növbəti səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir.

Yeni kabineti formalaşdırmaq üçün təyin edilən Adil Əbdül Mehdi bildirib ki, baş nazirin müavini vəzifəsi ləğv edilib.

 





25.10.2018    çap et  çap et