525.Az

Türkiyədə S-400 komplekslərinin quraşdırılacağı tarix açıqlandı


 

Türkiyədə S-400 komplekslərinin quraşdırılacağı tarix açıqlandı<b style="color:red"></b>

Türkiyədə S-400 zenit-raket komplekslərinin quraşdırılması 2019-cu ilin oktyabrında başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, komplekslərin quraşdırılması ilə məşğul olacaq heyət gələn ilin əvvəlində təlimlər üçün Rusiyaya yollanacaq və təlimlər başa çatdıqdan sonra komplekslər Türkiyədə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında S-400 komplekslərinin alınması ilə bağlı saziş 2017-ci ilin dekabrında imzalanıb. Sazişə əsasən Türkiyə iki S-400 batareyası alacaq.

 





25.10.2018    çap et  çap et