525.Az

BDU daha bir nüfuzlu konfransa ev sahibliyi edəcək


 

BDU daha bir nüfuzlu konfransa ev sahibliyi edəcək<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin rektoru (BDU), akademik Abel Məhərrəmov Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosu ilə görüşüb.

Rektor BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri barədə ətraflı danışıb. Rektor Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən, elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı BDU-nun flaqman rolunu uğurla davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib. A.Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ölkənin ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların 6220 nəfər təşkil etdiyini bildirib. BDU-ya daxil olan tələbələrdən 1982 nəfəri 500-dən, 461 nəfəri 600-dən, 131 nəfəri 650-dən artıq, 3 nəfər 700 bal toplayıb, 12 nəfər Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə universitet tələbələrinin sayı 23 minə qədərdir. A.Məhərrəmov Sakarya Universiteti ilə əməkdaşlığın inkişafının önəmindən bəhs edib.

Professor Murat Tosu, öz növbəsində,  Bakı Dövlət Universitetində olmağından məmnunluğunu ifadə edib və təmsil etdiyi universitetin tədris istiqamətləri barədə məlumat verib.

Birgə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirə olunduğu görüşdə  "Riyaziyyat və onun tətbiqləri" 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.  Adıçəkilən konfransın BDU-nun 100 illik yubileyinə həsr edilməsi və 27-30 avqust 2019-cu il tarixlərində BDU-nun əsas tərəfdaşlığı ilə Bakıda keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, artıq beynəlxalq status almış bu konfrans Türkiyənin aparıcı universitetlərinin dəstəyi ilə ənənəvi olaraq ölkədən xaricdə təşkil edilən yeganə elmi tədbirdir. Bundan əvvəlki konfranslar Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada baş tutub.

S.QARAYEVA

 





26.10.2018    çap et  çap et