525.Az

Aqil Dadaşovun həyat yoldaşının qatili tutuldu


 

Aqil Dadaşovun həyat yoldaşının qatili tutuldu<b style="color:red"></b>

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını öldürən şəxs tutulub.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetirən şəxs Hökməli qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğludur.
 
Həmin şəxs ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.
 
Qeyd edək ki, avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.
 
Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxs onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqla qətlə yetirib.

 





16.08.2013    çap et  çap et