525.Az

Tramp MKİ-nin direktoru ilə onun Türkiyəyə səfərini müzakirə etdi


 

Tramp MKİ-nin direktoru ilə onun Türkiyəyə səfərini müzakirə etdi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel ilə onun Türkiyəyə səfərini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin adından yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Prezident bu sabah direktor Haspel ilə görüşüb və onun Türkiyəyə səfərini müzakirə edib. O, prezidentə öz araşdırmaları və danışıqları barədə məlumat verib".

Xatırladaq ki, ABŞ-ın Mərkəzi Kəşfiyat İdarəsinin direktoru Cina Haspel oktyabrın 23-ü səudiyyəli jurnalist Camal Xaşkacinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda ölümünün araşdırlmasında iştirak etmək üçün Türkiyəyə yollanmışdı.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

 





26.10.2018    çap et  çap et