525.Az

Camal Xaşkacinin oğlu ABŞ-a yollandı


 

Camal Xaşkacinin oğlu ABŞ-a yollandı<b style="color:red"></b>

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşkacinin oğlu Salah bin Camal Xaşkaci Səudiyyə Ərəbistanını tərk edib və ABŞ-a yollanıb.

Trend-in məlumatına görə, bu barədə "Human Rights Watch" hüquq müdafiəsi təşkilatının Yaxın Şərq bölməsinin icraçı direktoru Sara Lu Uitson bildirib.

Onun sözlərinə görə, C.Xaşkacinin oğlu krallığı tərk etməyə qoyulan qadağa ləğv edildikdən dərhal sonra ailəsi ilə birgə ABŞ-a yollanıb.

Xatırladaq ki, oktyabrın 23-ü Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud qətlə yetirilən jurnalistin qohumları ilə görüşüblər.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

 





26.10.2018    çap et  çap et