525.Az

Ukrayna və Türkiyə kanalı “Azerspace-1” üzərindən yayımlanmağa başlayıb


 

Ukrayna və Türkiyə kanalı “Azerspace-1” üzərindən yayımlanmağa başlayıb<b style="color:red"></b> Azərbaycanın telekommunikasiya peyki “Azerspace-1” üzərindən yerli və xarici TV və radio kanallarının yayımı genişlənir.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, son günlərdə Ukraynanın dövlət televiziyası olan “UTR” kanalı və Türkiyənin “VTV Antalya” kanalı “Azerspace-1” peyki üzərindən yayımlanmağa başlayıb.
 
Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir.
 





16.08.2013    çap et  çap et