525.Az

Rutskoy: "Qorbaçov satqındır, yaxşı olardı ki, ağzını yumsun"


 

Rutskoy: "Qorbaçov satqındır, yaxşı olardı ki, ağzını yumsun"<b style="color:red"></b>

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov ABŞ-ın Orta və yaxın məsafəli raketlərin ləğv olunması barədə Sazişdən çıxması qərarını yeni silahlanma yarışı olaraq qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə M.Qorbaçov “The New York Times” qəzetindəki məqaləsində yazıb.

Buna cavab olaraq Rusiyanın birinci və son vitse-prezidenti Aleksandr Rutskoy M.Qorbaçovu sərt tənqid edib. O, keçmiş prezidentə susmağı tapşırıb:

“Mən çoxdandır ki, Qorbaçova fikir vermirəm, çünki o, satqındır. İndi də hardasa oturub nəsə deyir. Yaxşı olardı ki, o, ağzını yumsun və sussun”.

 





27.10.2018    çap et  çap et