525.Az

Asəf Zeynallı ölüm döşəyində xəstəxana divarına nə yazmışdı? - Cavid Qədirin yazısı - ANONS


 

Asəf Zeynallı ölüm döşəyində xəstəxana divarına nə yazmışdı? - Cavid Qədirin yazısı - <b style="color:red">ANONS</b>

"Azərbaycanın görkəmli bəstəkarlarından olan Asəf Zeynallı cəmi 23 il yaşayıb. 16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr sığdırıb. Və nə yaxşı ki, işlərini sabaha saxlayanlardan olmayıb. Çünki əksi olsaydı başqalarının on illərlə vaxt sərf edəcəyi işləri cəmi yeddicə ilə sığdıra bilməzdi. Əslində, heç sığdıra da bilmədi... Hələ reallaşdırmadığı neçə-neçə planı, layihəsini əvvəlcə xəstəxana palatalarına, sonra da torpağın altına apardı. Palatalardan nələrisə, kimlərisə geri almaq olur, amma torpaq elədimi? Torpağın üzü elə soyuqdu ki. Aldığını geri vermək nədi? Unutdurur, üstəlik..." - Cavid Qədirin "Son əsərini xəstəxana divarına yazan dahi: Asəf Zeynallı" yazısından parça

- Musiqi tariximizdə ilk romans və simfoniyanı kim yazıb?

- Üzeyir bəy Hacıbəyli Asəf Zeynallı haqqında nə demişdi?

- Asəf Zeynallının ilk bəstəsi hansıdır?

- İlk Türk Musiqi Məktəbinin özəlliyi nədə idi?

- Asəf Zeynallı hansı görkəmli bəstəkarlara dərs deyib?

- Cəfər Cabbarlıyla Asəf Zeynallını nə birləşdirir?

- Bəstəkar Müslüm Maqomayev həyat yoldaşına məktubları nə üzərində yazırdı?

- Nakam bəstəkar ölüm döşəyində xəstəxana divarına nə yazmışdı?

- Asəf Zeynallının vəsiyyəti niyə yerinə yetirilmədi?

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





27.10.2018    çap et  çap et