525.Az

Elçin Hüseynbəyli Bakı Türk Məktəblərinin qonağı oldu


 

Elçin Hüseynbəyli Bakı Türk Məktəblərinin qonağı oldu<b style="color:red"></b>

Bakı Türk Məktəblərində yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə görüş keçirilib. 

Məktəbin müdiri Nurullah Feyzi Yazıcı giriş sözündə bildirib ki, Bakı Türk Məktəbləri bu gündən başlayaraq Azərbaycan yazıçı və şairlərilə silsilə görüşlərə başlayır.

Məqsəd şagirdlərin ədəbiyyata marağını artırmaq,  yazıçı və şairlərlə canlı təmas qurmaqdır. Məktəbin şagirdləri Elçin Hüseynbəylinin yaradıcılığı barədə geniş məlumat verdikdən sonra söz qonağa verilib.

Elçin Hüseynbəyli şagirdləri maraqlandıran sualları cavablandırıb və müəllim-şagird kollektivi ilə xatirə şəkli çəkdirib.

 





27.10.2018    çap et  çap et