525.Az

“Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri”


 

“Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri”<b style="color:red"></b>

Oktyabrın 26-da Milli Kitabxanada Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanası, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Respublikasının Prezident  Kitabxanası birlikdə “Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri” mövzusunda hazırlanmış kitab kolleksiyasının təqdimatına həsr edilmiş virtual telekonfrans olub.

Tədbiri Rusiya Federasiyasının B.Yeltsin adına Prezident Kitabxanasının İnformasiya Resursları üzrə direktoru Yelena Jabko giriş sözü ilə açaraq qonaqları salamlayıb.

Daha sonra Rusiya Prezident Kitabxanasının baş direktorun müavini Yaroslava Borozdina, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Prezident  Kitabxanasının direktoru Mayıl Əhmədov hər biri mövzu üzrə geniş məlumat verərək, telekonfransın əhəmiyyətindən və gələcəkdə də belə tədbirlərin mütəmadi olaraq təşkil olunmasından danışıblar.

Tədbirdə Rusiya Prezident Kitabxanasının İnformasiya resurslarının formalaşması və emalı bölməsinin birinci dərəcəli biblioqrafı Dmitri Kosenko “Prezident Kitabxanasında Azərbaycan tarixi ilə bağlı materialların toplanması” mövzusunda, Azərbaycan Respublikası Prezident Kitabxanasının nadir fond və kitab fondunun əməkdaşları Anastasiya Kosayeva və Qurbanlı Jalə “Prezident Kitabxanasının fondunda Rusiyanın tarixinə dair materiallar” mövzusunda birgə məruzə ilə çıxış edbilər.

Azərbaycan Milli Kitabxanasının Nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayevanın “Rusiya-Azərbaycan: ümumi tarixin səhifələri” mövzusunda hazırlanmış kitab kolleksiyasına əlavə edilmək üçün Milli Kitabxana tərəfindən Rusiya Prezident Kitabxanasına təqdim olunan elektron resurslar haqqında məruzəsi dinlənilib.

Tədbirdə hər üç kitabxananın mütəxəssisləri tərəfindən mövzu üzrə fondlarında olan nadir kitabları əhatə edən elektron məlumat bazalarının təqdimatı keçirilib.

 





27.10.2018    çap et  çap et