525.Az

İlham Əliyevin namizədliyi üçün imza toplanması başa çatıb


 

İlham Əliyevin namizədliyi üçün imza toplanması başa çatıb<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa çatdırıb.

525.az-ın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP-ın rayon və şəhər təşkilatları tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərargahına təqdim edilib.
 
Hazırda toplanmış imzaların MSK-yaa təqdim olunması üçün müvafiq hazırlıq işləri həyata keçirilir. İmza vərəqələri müvafiq hazırlıq işləri başa çatdıqdan sonra MSK-yaa təqdim ediləcək.
 
İmzatoplama kampaniyasında 1000-dək partiya fəalı iştirak edib.

 





16.08.2013    çap et  çap et