525.Az

Türkiyə, Rusiya, Fransa və Almaniya Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq etdilər


 

Türkiyə, Rusiya, Fransa və Almaniya Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq etdilər<b style="color:red"></b>

Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər.

“Report” xəbər verir ki, bu, Türkiyənin İstanbul şəhərində keçirilən dördtərəfli sammitin yekun kommünikesində qeyd olunub.

"Onlar Suriyanın suverenliyi, müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə möhkəm bağlılıqlarını təsdiq ediblər", — deyə Almaniya hökuməti tərəfindən yayılan sənəddə bildirilir.

Bundan əlavə, liderlər əmin olduqlarını vurğulayırblar ki, münaqişənin hərbi həlli mümkün deyil.

Onların fikrincə, o, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun siyasi proses çərçivəsində danışıqlar yolu ilə nizamlana bilər.

 





28.10.2018    çap et  çap et