525.Az

Makron Suriyanın İdlibdə hərbi əməliyyat keçirməsini qəbuledilməz hesab edir


 

Makron Suriyanın İdlibdə hərbi əməliyyat keçirməsini qəbuledilməz hesab edir<b style="color:red"></b>

Suriya hökümətinin İdlib rayonuna mümkün hərbi əməliyyat keçirməsi qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Suriya üzrə İstanbulda keçirilən Rusiya-Türkiyə-Almaniya-Fransa dördtərəfli sammitinin mətbuat konfransında deyib.

“Müzakirələrimizin əsas hissəsi İdlibdəki vəziyyət haqqında idi. Biz açıq bəyan etdik ki, rejimin və onun tərəfdarlarının hərbi hücumu təhlükəsizlik və humanitar vəziyyət məsələlərində qəbuledilməz nəticələrə səbəb olacaq”, - deyə Makron bildirib.

 





28.10.2018    çap et  çap et