525.Az

Bakıda 38 dərəcə isti olacaq


 

Bakıda 38 dərəcə isti olacaq<b style="color:red"></b>

Bazar günü Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə təşkil edəcək. Avqustun 18-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcəyədək isti olacağı gözlənilir.

 





17.08.2013    çap et  çap et