525.Az

“Azərbaycanın İntellektual Birİncisi”nin şimal bölgəsi üzrə qalibləri müəyyənləşdi


 

“Azərbaycanın İntellektual Birİncisi”nin şimal bölgəsi üzrə qalibləri müəyyənləşdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən 3-cü “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Quba-Xaçmaz bölgəsi üzrə zona turniri keçirilib.

“İrəli”dən verilən məlumata görə, tədbirdə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Möhbalayev, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğurlar arzulayıblar.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının gənc intellektualları 4 intellektual oyunda (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”)  iştirak ediblər.

“Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Şabran, “Axtar tap” intellektual oyununda Xaçmaz, “Xəmsə” intellektual oyununda isə Quba rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, layihədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500-ə qədər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Quba, Sumqayıt, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, habelə Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan, Bakıdakı gənclər evi və mərkəzlərində keçirilir.

Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Bakıda keçiriləcək. 

C.ABASOV

 





29.10.2018    çap et  çap et