525.Az

Nazirlik: "Türkiyə meqalayihələri reallaşdırmaqda davam edəcək"


 

Nazirlik: "Türkiyə meqalayihələri reallaşdırmaqda davam edəcək"<b style="color:red"></b>

Türkiyə meqalayihələri reallaşdırmaqda davam edəcək ki, bu da ölkənin inkişafının göstəricisidir.

Bu sözləri Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən İstanbulda yeni hava limanının açılışını şərh edərkən deyiblər.

Məlumatda qeyd olunub ki, meqalayihələr “Hədəf 2023” hökumət planına əsasən reallaşdırılır.

Nazirlikdən onu da bildiriblər ki, yeni hava limanının açılışı Türkiyə üçün vacib hadisədir:

“Hazırda İstanbulda gəmiçilik kanalı və “Çanaqqala 1915” körpüsü kimi vacib layihələrin icrası davam etdirilir”.

 





29.10.2018    çap et  çap et