525.Az

MSK daha 4 prezidentliyə namizədi təsdiq etdi


 

MSK daha 4 prezidentliyə namizədi təsdiq etdi<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun prezidentliyə namizədliyi təsdiq edilib.

ANS PRESS-in verdiyi xəbərə görə, iclasda həmçinin namizədliyi təsdiq olunmuş hüquqşünas İlqar Məmmədovun səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, indiyədək 14 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan prezidenti İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, deputat Zahid Oruc, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, hüquqşünas İlqar Məmmədov (İlqar Altay), 1975-ci il təvəllüdlü İsmayıl Yusifov və 1961-ci ildə anadan olan Elşən Həsənovdur.

İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay), İ. Ağazadə, F. Əliyev, Ə. Əliyev, A. Əlizadə, Q. Həsənquliyev, H. Hacıyev, Z. Oruc və F. Quliyev və Ə. Oruclunun namizədlikləri təsdiq olunub.

Qeyd edək ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

 





17.08.2013    çap et  çap et