525.Az

İstanbulda yeni hava limanının açılışı oldu


 

İstanbulda yeni hava limanının açılışı oldu <b style="color:red"></b>

İstanbul şəhərində yeni hava limanının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turxan, parlamentin spikeri Binəli Yıldırım iştirak edib.

Açılış mərasimindəki çıxışında prezident Rəcəb Tayyib Ərdoğan yeni aeroporta "İstanbul" adını qoyub.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

Bundan əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən Trend-ə bildirilmişdi ki, aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib.

"Türkiyə Hava Yolları"nın baş direktoru Bilal Ekşi yeni aeroportdan ilk uçuşun ölkə daxilində Ankaraya, xaricdə isə Azərbaycana və Şimali Kiprə yerinə yetiriləcəyini deyib.

İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.

 





30.10.2018    çap et  çap et