525.Az

Venesiyanın mərkəzi su altında qaldı


 

Venesiyanın mərkəzi su altında qaldı <b style="color:red"></b>

Venesiyada tarixi mərkəz Afrikadan gələn sirokko küləyi səbəbindən təxmini 75 faizi su altında qalıb.

Trend-in məlumatına görə, 29 oktyabr tarixində yerli vaxtla təqribən 15:00-da suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm-ə çatıb.

Hazırda şəhər merinin göstərişinə əsasən, yerli sakin və turistlərə San-Marko meydanı tərəfə keçmək qadağan edilib. Belə tədbirlər bədbəxt hadisələrdən qaçmaq üçün görülüb.

Suyun səviyyəsinin 156 sm-ə çatmasından sonra yerli hakimiyyət Venesiyada ictimai nəqliyyatın əsas növü olan məşhur vaporetto paroxodlarının işini dayandırıb.

 





30.10.2018    çap et  çap et